• cümə, 29 Mart, 06:10
  • Baku Bakı 5°C

Bu ilin 9 ayında qida məhsulları istehsalı 0,7 faiz artıb

17.10.17 09:20 2013
Bu ilin 9 ayında qida məhsulları istehsalı 0,7 faiz artıb
Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin 9 ayı ərzində tütün məmulatlarının istehsalında 12,8 faiz azalma, qida məhsullarının istehsalında 0,7 faiz, içki istehsalında isə 26,9 faiz artım müşahidə olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 4,1 faiz, kolbasa məmulatlarının istehsalı 43,8 faiz, duru bitki yağlarının istehsalı 4,7 faiz, marqarin istehsalı 13,1 faiz, cem və marmeladların istehsalı 2,7 faiz, pivə istehsalı 36,3 faiz, alkoqolsuz içkilərin istehsalı 1,3 faiz artıb.
Qənd və şəkər tozu istehsalında isə 46,2 faiz azalma qeydə alınıb.
banner

Oxşar Xəbərlər