• çərşənbə axşamı, 19 mart, 09:46
  • Baku Bakı 8°C

Bu ilin 10 ayı ərzində bir sıra mühüm obyektlər istifadəyə verilib

21.11.17 19:22 3377
Bu ilin 10 ayı ərzində bir sıra mühüm obyektlər istifadəyə verilib
2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü və "Pirallahı” Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, həmin dövr ərzində Balaxanı Sənaye Parkı, Bakı-Tbilisi-Qars dəmir yolu, Pirşağı-Novxanı və Binəqədi Novxanı avtomobil yolu, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, "Xəzər Palace” otel kompleksi, Balakən rayonunda Balakən Su elektrik stansiyası, Cəlilabad rayonunda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Ələt -Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı Cəlilabad hissəsi, Gədəbəy rayonunda Limonad zavodu, 35/10 kV-luq "Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kV-luq elektrik yarımstansiyası, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 kV-luq "Neftçala” yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kV-luq "Sarıcalar” elektrik yarımstansiyası, Salyan rayonunda 110/35/10 kV-luq "Qaraqaşlı” yarımstansiyası, Şəmkir rayonunda "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, "Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda "Bəhmənli” elektrik yarımstansiyasının tikintisi başa çatdırılıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Şamaxı rayonunda 2312 şagird yerlik 6 ümumtəhsil məktəb binası, Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində və Samux rayonunda 524 yerlik 4 məktəbəqədər təhsil müəssisəsi və digər obyektlər istifadəyə verilib.
banner

Oxşar Xəbərlər