• cümə axşamı, 25 aprel, 06:08
  • Baku Bakı 14°C

Bu il qiymətli metalların istehsalını azaltmışıq

24.06.13 12:32 1546
Bu il qiymətli metalların istehsalını azaltmışıq
Bu ilin yanvar-may aylarında Azərbaycanda qiymətli metal filizləri və konsentratlar hasilatı ötən ilin analoji dövrünə nisbətən 18,3% azalaraq 700,2 kq təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 407 kq qızıl və 293,2 kq gümüş hasil olunub. Bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 21,1% və 14,2% azdır.
Cari ilin iyunun 1-nə Azərbaycanda 22,6 kq qızıl və 5,2 kq gümüş hazır məhsul ehtiyatı olub.
banner

Oxşar Xəbərlər