• cümə, 19 Aprel, 16:37
  • Baku Bakı 25°C

“Bu il Qarabağ münaqişəsinin həlli baxmından müstəsna il ola bilər”

27.05.13 08:30 1732
“Bu il Qarabağ münaqişəsinin həlli baxmından müstəsna il ola bilər”
“Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə Alt Komitəsi artıq fəaliyyətini dayandırıb, biz bunun əvəzinə yeni istiqamət tapmağı düşünürük”.
APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan Klod Minyon deyib.
O qeyd edib ki, şəxsən Dağlı Qarabağ məsələsinin həlli istiqamətində tamam başqa addım atmağa çalışır: “Çalışıram ki, sessiyalar ərzində, həmçinin başqa toplantılarda həm Azərbaycanın, həm də Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərlərini bir araya gətirərək, Dağlıq Qarabağla bağlı üçlükdə ciddi müzakirələr aparaq. Bu müzakirələrdən başqa, mən ATƏT-in Fransadan olan həmsədri ilə mütəmadi əlaqə saxlayıram, hadisələrin gedişatı ilə bağlı ondan mütəmadi məlumatlar alıram. Bizə elə gəlir ki, 2013-cü il müstəsna il sayıla bilər. Belə ki, bu il hər iki ölkəyə - Ermənistan və Azərbaycana xüsusi imtiyazlar yaradır ki, bu məsələdə konkret addımlar atsın. Bu il ona görə müstəsna il sayılır ki, Ermənistan və Azərbaycan bu il ardıcıl olaraq Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirlər. Nazirlər Komitəsi yarananda əsas məqsədlərdən biri də o olub ki, münaqişələrə yol verilməsin, mövcud münaqişələr təcili həllini tapsın.
Demək istədiyim odur ki, bu mənada bu il Azərbaycan və Ermənistan üçün şans yaranıb. Onlar bu şansdan istifadə edib, bu tarixi məqamı dəyərləndirib, münaqişənin həlli ilə bağlı konkret addım atsınlar.
2013-cü il eyni zamanda ona görə əlamətdar ildir ki, 50 il əvvəl Fransa ilə Almaniya arasında münaqişənin həlli ilə bağlı “Yelisey müqaviləsi” imzalanıb. Azərbaycanla Ermənistan da “Yelisey müqavilə”sinin 50 illiyi münasibətilə nümunə olaraq, münaqişənin həlli ilə bağlı sülh müqaviləsi imzalaya bilər. AŞPA-da hər iki tərəfi barışdırmaq və bu məsələdə razılıq əldə olunması üçün bütün imkanlar var”.
banner

Oxşar Xəbərlər