• cümə, 29 Mart, 10:47
  • Baku Bakı 5°C

Bu il Naxçıvanda ÜDM istehsalı 2%-ə yaxın artıb

17.08.17 13:31 1170
Bu il Naxçıvanda ÜDM istehsalı 2%-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 mlrd. 458 mln. 392 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çoxdur.
Hesabat dövründə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,2% artaraq 3240,2 manata çatıb. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 604 mln. 952 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2% üstələyib.

banner

Oxşar Xəbərlər