• cümə, 29 Mart, 16:54
  • Baku Bakı 14°C

Bu il ölkədə muzdla işləyənlərin 7,5 faizi tikinti sahəsində çalışıb

14.10.17 09:35 1949
Bu il ölkədə muzdla işləyənlərin 7,5 faizi tikinti sahəsində çalışıb
2017-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 526,3 min nəfər olub. Onlardan 875,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 650,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, muzdla işləyənlərin 7,5 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi ilə məşğul olublar.
Muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artaraq 524,7 manat təşkil edib.
İqtisadiyyatın tikinti sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
banner

Oxşar Xəbərlər