• cümə, 26 Aprel, 00:13
  • Baku Bakı 16°C

"Bu il dünyada neftə tələbat 9-15% azala bilər"

26.05.20 15:30 598
"Bu il dünyada neftə tələbat 9-15% azala bilər"
Bu ildə dünyada neftə gündəlik ortatələbat 2019-cu illəmüqayisədə 9-15% azalaraq86-91 milyonbarelə düşə bilər.
"Report” TASS-a istinadən xəbər verir ki,bu proqnozla RusiyanınMilli Kredit Reytinqləri Agentliyi çıxış edib.
Qurumun ekspertləri düşünürki, tələbatın azalması bu ilRusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirin50-60% azalaraq75-95 milyardABŞ dollarına düşməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, baza ssenarisi çərçivəsində, gələn aydünyanın aparıcı iqtisadiyyata malikölkələrində karantin rejimi nəzərəçarpacaq dərəcədə yumşaldılacaq, insanların hərəkətinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılacaq. Bu isə nəqliyyat xidmətlərinə və dolayısı ilə yanacağa (neftə) tələbatı artıracaq. Odur ki, analitiklər 2020-ci ilin II yarısındanneftin qiymətinin35-40ABŞ dollarına, 2021-ci ildən isə37-42ABŞ dollarına yüksələcəyini proqnozlaşdırır. Son nəticədə gələn il Rusiyanınneft və neft məhsullarının ixracından əldə etdiyi gəlir100 milyardABŞ dollarına çata bilər.
Bununla belə, ekspertlərin fikrincə, OPEC+ sazişi çərçivəsində hasilatı məhdudlaşdıran yeni razılaşmaların olmaması, qiymət müharibələrinin yenidən başlaması fonunda aşağı neft qiymətləri 2025-ci ilə qədər davam edə bilər.
banner

Oxşar Xəbərlər