AZE | RUS | ENG |

Bu il Bakıda təcili yardıma 460 minə yaxın müraciət daxil olub

Bu il Bakıda təcili yardıma 460 minə yaxın müraciət daxil olub
Bu il təcili yardıma 460 minə yaxın müraciət daxil olub, 8500-dən uşaq xəstəxanalara yerləşdirilib
 
Bu ilin ilk 8 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 455 900-dən artıq müraciət daxil olub. APA-nın xəbərinə görə, BŞTTTYS-nın baş həkiminin müavini İradə Əliyeva bu gün keçirilən mətbuat konfransında bildirib ki, təcili yardıma daxil olan müraciətlər əsasında 43070-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.
Onun sözlərinə görə, bu müddət ərzində uşaqlarla bağlı edilən çağırışların sayı 51600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8560-dan artıq olub: "Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çox olub. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 254230, ürək-qan damar xəstəlikləri ilə müraciətlərin sayı 50267, miokard infarktı ilə müraciətlərin sayı 577, insultla müraciətlərin sayı 2497, doğuşla bağlı müraciətlərin sayı 2087, zədələnmələrlə bağlı müraciətlərin sayı 14072 olub.
 
Təcili tibbi yardıma ehtiyacı olan 220 nəfərdən artıq  yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib və onlar müvafiq xəstəxanalara yerləşdiriliblər”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001