• cümə, 26 Aprel, 01:35
  • Baku Bakı 16°C

Bu il azərbaycanlı fermerlərə 250 milyon manata yaxın subsidiya ödənilib

17.12.20 15:30 409
Bu il azərbaycanlı fermerlərə 250 milyon manata yaxın subsidiya ödənilib
Azərbaycanda fermerlərə subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən verilməyə başlandığı 2020-ci ildə dövlət 250 milyon manata subsidiya ödənilib.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, bunun 232,1 milyon manatı 407 298 fermerə ödənilmiş əkin subsidiyasıdır. Həmin məbləğ 1,3 milyon hektara yaxın sahədə aparılmış payızlıq, yazlıq və çoxillik əkinlərə görə ödənilib.
38 fermer isə təkrar qarğıdalı əkininə görə 1,8 milyon manat subsidiya alıb.
Bundan başqa, ötən müddətdə 37 807 fermerin "Fermer Kartı"na 6,644 milyon manat heyvan subsidiyası köçürülüb. Bu məbləğ fermerlərə süni mayalandırma yolu ilə əldə etdikləri 66 437 buzova görə verilib.
22 185 arıçı isə bəslədikləri arı ailələrinə görə 5 milyon manatdan çox subsidiya alıb.
4 955 kümçüyə isə 2,2 milyon manata yaxın barama subsidiyası ödənilib.
Pambıq, şəkər çuğunduru, quru və yaş tütün istehsal etmiş 19 min fermer məhsul subsidiyası üçün müraciət edib. Bu fermerlərə 34 milyon manat məhsul subsidiyası ayrılıb, amma hələ ki, ödənilməyib.
Toxum subsidiyası üçün müraciət edən toxumçular 75 min ton məhsul satdıqlarını bəyan ediblər. Onlara 5,5 milyon manat subsidiya məbləği hesablanıb.
Hazırda 2020-ci ilin payızlaq əkinləri üzrə fermerlər əkin bəyanlarını EKTİS-ə daxil edirlər. Məhsul və toxum subsidiyaları üzrə ödənişlər davam edir. Aqrar Subsidiya Şurası 2021-ci il üçün subsidiya əmsallarını və kvotaları təsdiqləyib.
banner

Oxşar Xəbərlər