AZE | RUS | ENG |


Bu il Azərbaycandakı hotellər 137 mln. manata yaxın gəlir əldə edib

Bu il Azərbaycandakı hotellər 137 mln. manata yaxın gəlir əldə edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602 min nəfər, gecələmələrin sayı 1,081 mln. adam-gecə olub.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayında 42,9%, gecələmələrin sayında isə 52% artım müşahidə edilib. Yerləşdirilmiş şəxslərin 68,4%-i xarici ölkə vətəndaşları olub, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin 65,9%-ni təşkil edib.
 
Gecələmələrin 58,2%-i Bakıda, 9,3%-i Qəbələdə, 5,8%-i Qusarda, 4,1%-i Naxçıvan Muxtar Respublikasında, 2,1%-i Qubada, 1,5%-i Şamaxıda, 1,4%-i Xaçmazda, 17,6%-i isə digər şəhər və rayonlarda yerləşən mehmanxanalarda qeydə alınıb.
 
Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% çoxdur. Gəlirlərin 68,8%-i nömrələrin satışı üzrə xidmətlərdən, 21,4%-i içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 97 mln. manatı (71%-i) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.
 
Xidmətlərin göstərilməsinə çəkilən xərclər 105,2 mln. manat olub ki, onların 32,3%-ni əmək haqqı xərcləri, 14,9%-ni içki və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 8%-ni yanacaq və enerji xərcləri, 7,9%-ni bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,3%-ni amortizasiya ayırmaları, 29,6%-ni isə digər xərclər təşkil edib. Bu müəssisələrdə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% artaraq 9770 nəfər olub və bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 579,3 manat təşkil edərək ölkə üzrə orta göstəricidən 11,1% çox olub.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002