• cümə, 29 Mart, 14:55
  • Baku Bakı 14°C

Bu il Azərbaycanda stolüstu kompüterlərin istehsalı 28 dəfə artıb

23.03.21 13:00 1122
Bu il Azərbaycanda stolüstu kompüterlərin istehsalı 28 dəfə artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində29,6mln manatlıq məhsul istehsal olunub.
"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı3,0dəfə, elektrik avadanlıqların istehsalı isə6,2% artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə stolüstu kompüterlərin istehsalı28,3dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı42,1%, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqilləri isə4% artıb.
banner

Oxşar Xəbərlər