• cümə axşamı, 25 aprel, 06:02
  • Baku Bakı 14°C

Bu il Azərbaycanda 65 rayon üzrə 2826 məktəbəhazırlıq qrupu yaradılıb

15.08.17 14:39 861
Bu il Azərbaycanda 65 rayon üzrə 2826 məktəbəhazırlıq qrupu yaradılıb
Avqustun 1-dən paytaxt məktəblərindəki hazırlıq qruplarına uşaqların qəbulu elektron formada həyata keçirilir. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, bu günə kimi Bakıda 9209 nəfər bu qruplarda təhsil almaq üçün qeydiyyatdan keçib.
Onun sözlərinə görə, ötən il ölkə üzrə 2795 qrup yaradılıb: "Keçən il 2011-ci ildə anadan olan uşaqların 55%-i bu təhsilə cəlb olunub. Bu il Bakıda daxil olmaqla 65 rayon üzrə 2826 qrupun yaradılması rəsmiləşdirilib. Bu il cəlb olunma faizinin artacağı gözlənilir. Uşaqların qruplara qəbulu mərhələli şəkildə həyata keçirilir. Müəllimlərin seçimində IV sinifdə dərs deyən müəllimlərə üstünlük verilir".
banner

Oxşar Xəbərlər