• cümə, 19 Aprel, 13:48
  • Baku Bakı 25°C

Bu il Azərbaycanda 104 mindən çox yeni körpə doğulub

20.11.19 13:45 869
Bu il Azərbaycanda 104 mindən çox yeni körpə doğulub
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 702 doğulan körpə qeydə alınıb.
Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalır.
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır.
2019-cu ilin doqquz ayında ölkədə 42 017 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə düşüb.
banner

Oxşar Xəbərlər