• şənbə, 20 Aprel, 12:20
  • Baku Bakı 23°C

Bu il Azərbaycana gəlmiş əcnəbilərin sayı açıqlanıb

22.08.17 16:41 864
Bu il Azərbaycana gəlmiş əcnəbilərin sayı açıqlanıb
Bu ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, gələnlərin 31,2%-i Rusiya Federasiyası, 21,2%-i Gürcüstan, 15%-i İran, 11,6%-i Türkiyə, 3,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,3%-i Ukrayna, 14,9%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 13,3%-i yanvar ayında, 12,8%-i fevral, 20,4%-i mart, 15,6%-i aprel, 17,6%-i may, 20,3%-i isə iyun ayında ölkəyə gəliblər.

Körfəz ölkələrindən gələnlərin sayının daha çox olması bu dövrdə ölkəmizə gəlmiş xarici ölkə vətəndaşlarının sayının artmasına təsir edən əsas amil olub. Belə ki, Oman vətəndaşlarının sayı 16 dəfə, Küveyt vətəndaşlarının sayı 8,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 6 dəfə, Qətər vətəndaşlarının sayı 6 dəfə, BƏƏ vətəndaşlarının sayı 4,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,5 dəfə, İran vətəndaşlarının sayı 1,9 dəfə,İraqvətəndaşlarının sayı 1,8 dəfə artıb. Bu dövrdə Körfəz ölkələrindən ümumilikdə 263,5 min nəfər gəlib və Azərbaycana səfər etmişlərin ümumi sayında onların xüsusi çəkisi 21,8% təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 14,8% artaraq 51,2 min nəfər,MDBölkələrindən gələnlərin sayı 17,7% artaraq 438,3 min nəfər olub.

2017-ci ilin yanvar-iyun aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər səfər zamanı daha çox yerüstü yol nəqliyyatından istifadə ediblər. Belə ki, bu nəqliyyat növündən istifadə edənlərin ümumi yekunda xüsusi çəkisi 51,9%,havanəqliyyatından istifadə edənlərin 47,6%, su nəqliyyatından istifadə edənlərin xüsusi çəkisi isə 0,5% olub.
banner

Oxşar Xəbərlər