• çərşənbə axşamı, 16 aprel, 20:40
  • Baku Bakı 18°C

Bu il 71 məktəb inşa edilib

31.08.17 13:13 2201
Bu il 71 məktəb inşa edilib
Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Təhsil Naziriyindən verilən məlumata görə, həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.
12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir.1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib.3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.
banner

Oxşar Xəbərlər