• şənbə, 20 Aprel, 14:09
  • Baku Bakı 23°C

Bu gündən səyyar vaksinasiyaya başlanılıb

02.04.21 19:00 625
Bu gündən səyyar vaksinasiyaya başlanılıb
Bu gündən dövlət qurumlarının müraciətləri əsasında sıxlıq olmaması üçün səyyar qruplar yerində vaksinasiyaya edir.
Kaspi.az-ın məlumatına görə, bunu TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Müraciətlərlə İş Departamentinin rəhbəri Aygün Əliyeva bildirib.
O qeyd edib ki, bu prosesə ilk olaraq 1 saylı "ASAN xidmət”də başlanılıb: "Artıq "ASAN xidmət"in 75 əməkdaşı könüllü şəkildə bu prosesə cəlb olunub. Briqadamız bütün zəruri tibbi və gigiyenik vasitələrlə təmin olunub. Mərkəzdə prosesin yüksək səviyyədə keçirilməsi üçün vaksin, qeydiyyat və postvaksinal otaqları təşkil olunub. Proses bundan sonra da davam etdiriləcək, dövlət orqanlarının müraciətləri nəzərə alınaraq ardıcıllıqla işçilər öz iş yerlərindən ayrılmadan könüllü şəkildə bu prosesdə iştirak edə biləcəklər".
Daha sonra müraciətlər əsasında "ASAN xidmət”in digər filialları, "Azərişıq”, "Azəriqaz”, "Azərsu” və digər dövlət qurumlarında da səyyar vaksinasiya həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər