• cümə axşamı, 18 aprel, 12:23
  • Baku Bakı 22°C

Bu gündən Azərbaycana elektrik enerjisi üçün idxal olunan mazut gömrük rüsumundan azad edilib

26.03.17 16:48 1091
Bu gündən Azərbaycana elektrik enerjisi üçün idxal olunan mazut gömrük rüsumundan azad edilib
Bu gündən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azaddır.
APA-nın məlumatına görə, bu,Nazirlər Kabinetibu il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.
Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.
banner

Oxşar Xəbərlər