• çərşənbə axşamı, 23 aprel, 14:06
  • Baku Bakı 24°C

Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

26.06.17 09:30 1418
Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır
Bu gün StrasburqdaAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır.
"Report" Assambleyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya zamanı Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland, Monteneqronun baş naziri Duşko Markoviç, Moldovanın baş naziri Pavel Filip, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Çexiyanın xarici işlər naziri Lübomir Zaoralek AŞPA deputatları qarşısında çıxış edəcəklər.
Sessiya iştirakçıları Belarusdakı vəziyyəti, Avropada miqrant və qaçqınlarla bağlı böhranı və s. məsələləri müzakirə edəcək.
Azərbaycan nümayəndə heyəti AŞPA sessiyasının işində iştirak edəcək.
Sessiya işinə iyunun 30-da yekun vuracaq.
banner

Oxşar Xəbərlər