Bu gün Rusiyada Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparılacaq
Bu gün Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov,Elmar Məmmədyarovvə Edvard Nalbəndyan MoskvadaDağlıq Qarabağmünaqişəsinin nizamlanması üzrə danışıqlar aparacaqlar.
"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
Danışıqlar bağlı qapılar arxasında keçiriləcək.