• cümə, 29 Mart, 16:50
  • Baku Bakı 14°C

Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək

29.09.16 08:34 1471
Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək
Ölkə çempionu "Qarabağ” bu gün beynəlxalq arenada növbəti sınağına çıxacaq.

Apasport.az saytının məlumatına görə,Ağdamklubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Fiorentina”nın qonağı olacaq.

İlk turda Bakıda "Slovan”la heç-heçə edən "Qarabağ”ı bu dəfə daha çətin oyun gözləyir. Rəqib meydanlardakı son 6 matçda "Qarabağ” qələbə üzü görməyib, cəmi 2 heç-heçə ilə təsəlli tapıb.

Roman Qriqorçukun yetirmələri isə Bakıda Almaniyanın "Maynts” klubunu qəbul edəcəklər. İlk turda səfərdə "Anderlext”lə bacarmayan "Qəbələ”ni bu dəfə də çətin sınaq gözləyir. Bununla belə, cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən "Qəbələ” ənənəni davam etdirmək niyyətindədir. Təmsilçimiz bu görüşə itkilərlə çıxacaq. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri "qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyəcəklər.

Avropa Liqası
Qrup mərhələsi
II tur
J qrupu

19:00. "Qəbələ” – "Maynts” (Almaniya)
Baş hakim: Gediminas Majeyka
Bakı. 8-ci km qəsəbə stadionu

C qrupu
21:00. "Qarabağ” - "Fiorentina” (İtaliya)
Baş hakim: Oliver Draxta
Florensiya. "Artemio Franki” stadionu
banner

Oxşar Xəbərlər