• cümə axşamı, 28 mart, 16:25
  • Baku Bakı 16°C

Bu gün qadın şahmatçılar arasında Qran-Pri turnirinin birinci mərhələsinin final yarışları keçiriləcək

28.06.20 15:15 687
Bu gün qadın şahmatçılar arasında Qran-Pri turnirinin birinci mərhələsinin final yarışları keçiriləcək
Bu gün Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən sürətli şahmat üzrə onlayn təşkil olunan "Women's Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin final yarışları keçiriləcək.
AZƏRTACxəbər verir ki, həlledici mərhələdə Rusiya şahmatçısı Valentina Qunina Anna Uşenina (Ukrayna) ilə mübarizə aparacaq.
Qeyd edək ki, yarımfinalda A.Uşenina V.Rameşbabunu (Hindistan) 5,5:4,5, V.Qunina həmyerlisi Anna Kostenyuku 8:3 hesabla məğlub edərək finala yüksəliblər.
Xatırladaq ki, Qran-Prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə onaltıdabir finalda A.Kostenyuka məğlub olaraq mübarizəni dayandırıb. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.

banner

Oxşar Xəbərlər