• cümə, 19 Aprel, 16:08
  • Baku Bakı 25°C

Bu gün Ümumdünya Çaylar və Dənizlər Günüdür

24.09.17 15:59 1476
Bu gün Ümumdünya Çaylar və Dənizlər Günüdür
24 sentyabr - Ümumdünya Çaylar və Dənizlər Günüdür.
AZƏRTACxəbər verir ki, Ümumdünya Çaylar Günü hər il sentyabrın sonuncu bazar günü qeyd edilir. Dünya Çaylar Gününün tarixi 2005-ci ildən başlayır. Həmin il BMT-nin təşəbbüsü ilə "Onillik həyat üçün su” kampaniyası keçirilib. Aksiya dünyadakı bütün su hövzələrinin mühafizəsini ictimaiyyətə çatdırmaq məqsədi daşıyıb. Beynəlxalq səviyyədə tanınmış ətraf mühitin və çayların mühafizəçisi Mark Angelo BMT-nin təşəbbüsünə cavab olaraq, Ümumdünya Çaylar Gününün təsis olunması təşəbbüsü ilə çıxış edib. Hazırda həmin gün dünyanın 60-dan çox ölkəsində milyonlarla insan tərəfindən müxtəlif kampaniya, tədbir və aksiyalarla qeyd edilir.
Ümumdünya Dənizlər Günü 1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qəbul olunan qərara əsasən, 1978-ci ildən etibarən qeyd edilir. 1980-ci ilə qədər həmin gün martın 17-də qeyd olunurdu. Hazırda isə bu gün sentyabrın axırıncı həftəsində təşkil edilir.
Bu günün əlamətdar hadisə kimi qeyd olunduğu tarix həmin hər bir ölkənin Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə həmin təqvim 29 sentyabra təsadüf edir. Bu gün ictimaiyyətin diqqətini gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb etmək məqsədi daşıyır.
Ənənəvi olaraq Dəniz Günü dənizlərin və okeanların insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən, həmçinin hər bir fərdin onun qorunması üçün nə edə biləcəyindən bəhs edən konkurs, festival formasında keçirilir. Adətən ictimai təşkilatlar bu bayramı dənizlərin qorunması, çimərliklərin təmizlənməsi üçün mitinqlərin və yürüşlərin keçirilməsi ilə qeyd edirlər.
banner

Oxşar Xəbərlər