• cümə, 19 Aprel, 15:36
  • Baku Bakı 25°C

"Bu gün Ermənistan iqtisadiyyatı uçurumun astanasındadır"

24.03.20 22:33 598
"Bu gün Ermənistan iqtisadiyyatı uçurumun astanasındadır"
"Niyə işçilərə maaş verməliyəm? Dövlət fövqəladə vəziyyət elan edib və işləməyən insanlara da pul ödəməyə borcludur. "Shangri-La" kazinosu dövlətə vergi ödəməlidir və insanların maaşlarını isə dövlət ödəməlidir". Bunu Ermənistan Parlamentində jurnalistlərə "Çiçəklənən Ermənistan" fraksiyasının lideri Qagik Tsarukyan söyləyib.
"Mən adi bir vətəndaşam, ölkədə fövqəladə vəziyyət elan edilib, heç kim əlavə iş görməməlidir. Bu gün ailənin atası olan dövlət öz xalqına, işçilərə, pensiyaçılara qayğı göstərməlidir. Amma bu gün Ermənistan iqtisadiyyatı uçurumun astanasındadır", deyə fraksiya lideri bildirib.
Qagik Tsarukyanın sözlərinə görə, bu gün bütün dünyada iqtisadi böhran yaşanır və hökumət düzgün həll yollarını təklif etməsə, gələcəkdə çətin vəziyyətdə qalacaq: "İki ay əvvəl iqtisadi böhranın əlamətlərinin olduğunu söylədim və bunun indiki vəziyyətə gəlməməsi üçün addımlar atılmalı idi".
Hökümət tərəfindən təklif olunan üsullara gəlincə, bankların müəssisələrə pul verməsini və icra hakimiyyətlərinin faiz nisbətlərini maliyyələşdirməsini izah edən Qagik Tsarukyan qeyd edib ki, bu absurddur və işçilər faktiki olaraq ay ərzində 10 dolların ümidinə buraxılacaq.
banner

Oxşar Xəbərlər