• cümə, 29 Mart, 04:17
  • Baku Bakı 7°C

"Bu gün bəşəriyyət, dünya böyük çağırışla üzləşib"

31.05.20 18:45 468
"Bu gün bəşəriyyət, dünya böyük çağırışla üzləşib"
"Hamımıza məlumdur ki, bugünkü gün bəşəriyyətimiz, dünya böyük çağırışla üzləşib. Koronovirus (COVİD-19) pandemiyası əksər dövlətlərə həm iqtisadi, siyasi, həm də psixoloji cəhətdən çox böyük gərginliklər yaradıb. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi xüsusi tapşırıqlar, qabaqlayıcı tədbirlərin görülməsi, ölkəmizin bu risklərdən, yarana biləcək problemlərdən daha az itkilərlə çıxması üçündür". BunuSİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
İdarə rəisinin sözlərinə görə, son göstəricilər onu göstərir ki, Azərbaycan dövləti COVİD-19-la mübarizədə ən düz, ən operativ və ən qabaqlayıcı işlər görür: "Bugünkü gündə isə bəzi qaydaların yumşadılmasına paralel olaraq o qaydalara riayət etməyən şəxslərə qarşı cərimələrin tətbiqi bir-birinə məntiqi bağlı olan məsələdir. Amma ən əsası fərdi məsuliyyət daha vacibdir. Yəni qaydalara görə cərimələrin tətbiqi hüquqi cəhətdən mütləqdir və bu hər hansı bir risklərdən sığortalamaq üçün dünya təcrübəsindən irəli gələn məsələdir. Hər bir fərdin bu məsələyə maksimal ciddi yanaşması və bütün qaydalara riayət etməsi digər insanları da sığortalamış olur. Bu həmçinin gələcəkdə pandemiya ilə bağlı tətbiq olunan qaydaların daha da yumşadılmasına əsasdır”.
banner

Oxşar Xəbərlər