• cümə, 29 Mart, 13:19
  • Baku Bakı 14°C

Bu gün Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

24.06.13 14:50 1507
Bu gün Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gün Bakıda küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxtda keçiriləcək hərbi paradın təlim məşqləri ilə əlaqədar olaraq bu gün axşam saatlarında hərbi texnikaların Dəniz Vağzalından “Dalğa Plaza” istiqamətində yürüşü keçiriləcək.
Keçiriləcək yürüşlə əlaqədar Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.
V. Əsədov qeyd edib ki, K. Səfərilyeva, Zorge və Puşkin, R. Rza, Əziz Əliyev və Niyazi küçələrində, həmçinin Azadlıq və Bülbül prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Şöbə rəisi həmçinin alternativ yolların siyahısını açıqlayıb. Onun sözlərinə görə, sürücülər Afiyyəddin Cəlilov küçəsinin Nobel prospekti ilə kəsişməsindən keçməklə, N. Rəfiyev küçəsindən istifadə etməklə Babək, Nobel, Xocalı prospektlərinə və 10-cu zavod dairəsi istiqamətində, Yusif Səfərov və 28 may küçələrinin kəsişməsindən 28 may və K. Səfərəliyev küçəsinə, Bayıl qəsəbəsindən Qurban Abbasov, Teymur Elçin, Mehdi Hüseyn küçələrindən keçməklə Parlament prospektinə, 20-ci sahədən Dağ üstü yolla Padamdar və Mikayıl Müşfiq küçələrinə hərəkət edə bilərlər.
Hərbi paradın keçirilməsi ilə bağlı yollarda avtomobillərin hərəkətlərinin məhdudlaşdırılmasına dair ictimaiyyətə əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər