• cümə, 19 Aprel, 05:29
  • Baku Bakı 18°C

Bu gün Azərbaycan Suriya ilə bağlı beynəlxalq konfransda iştirak edir

29.05.13 09:07 1678
Bu gün Azərbaycan Suriya ilə bağlı beynəlxalq konfransda iştirak edir
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin bildirib.
Səfir deyib ki, Azərbaycan İranın regional dostlarından biridir: “Rəsmi Tehranla Bakının Suriya məsələsində mövqeyi eynidir. Hər iki ölkə Suriyada böhranın hərbi deyil, dialoq yolu ilə həllinə inanır”.
M. Pakayin vurğulayıb ki, “Siyasi həll yolu; regionun sabitliyi” devizi altında keçiriləcək konfransda Azərbaycanı xarici işlər nazirinin xüsusi müşaviri Məmməd Əliyev təmsil edəcək.
Səfir bildirib ki, bu günlərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərq regionu ilə bağlı beynəlxalq tədbirlərdə yüksək səviyyədə iştirak etməklə öz fəaliyyətini genişləndirib.
M. Pakayin əlavə edib ki, mayın 29-da keçiriləcək birgünlük toplantıda 40-a yaxın ölkənin, eləcə də regional və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək: “Yığıncaqda Suriyadakı böhrandan çıxmaq üçün diplomatik həll yollarını tapmaq əsas diqqət mərkəzində olacaq”.
banner

Oxşar Xəbərlər