• cümə, 29 Mart, 11:35
  • Baku Bakı 5°C

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq

13.02.17 10:30 1117
Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.
"Report"un məlumatına görə, son oyun günündə 2 matç keçiriləcək.
Paytaxtda üz-üzə gələcək cütlüklərin oxşar cəhəti var. "İnter” cari çempionatda keçirdiyi hər iki oyunda AZAL-ı üstələyibsə, "Sumqayıt” "Neftçi”dən güclü olub.
Lakin artıq vəziyyət bir qədər fərqlidir. "Neftçi” qış fasiləsində heyətini gücləndirib, "İnter” Ruslan Abışov və Ağabala Ramazanov kimi aparıcı futbolçularını itirib. Bu mənada günün oyunlarından fərqli nəticə gözləməyə dəyər.
Düzdür, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "İnter” yenə AZAL ilə görüşdə favoritdir. Lakin Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv sonuncu sırada olmasına rəğmən, rəqiblərinə asanlıqla təslim olmur. Necə ki, son həftələrdə "Qəbələ” və "Qarabağ” "təyyarəçilər”i çətinliklə məğlub etdilər.
"Neftçi” ilə "Sumqayıt”ın dueli də maraqlı mübarizə vəd edir. "Ağ-qaralar” sonuncu turda "İnter” üzərində 3:1 hesabı ilə inamlı qələbə qazanmaqla, dirçəlişdə olduqlarına işarə vurdular. Samir Abasovun baş məşqçisi olduğu qonaqlar isə qış fasiləsindən sonra məğlubiyyət üzü görməyən komandalardan biridir. Təsadüfi deyil ki, hazırda bu kollektiv 22 xalla 4-cü pillədədir və "İnter”dən 7 xal geri qalır.
Bu gün yalnız "Neftçi” turnir cədvəlindəki mövqeyini yaxşılaşdıra bilər. Paytaxt təmsilçisi qalib gələcəyi halda, xalını 16-ya çatdırıb, 6-cı pilləyə qalxacaq.
Azərbaycan Premyer Liqası, XVIII tur
13 fevral (bazar ertəsi)
15:00 AZAL – "İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
"AZAL Arena”
İlk 2 dövrədəki oyunlar: 1:3, 0:3
17:30 "Neftçi” – "Sumqayıt”
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
"Bakcell Arena”
İlk 2 dövrədəki oyunlar: 1:2, 0:2
banner

Oxşar Xəbərlər