“Bu filmə heç vaxt axıra qədər baxa bilmirəm” – Onun film seçimi
Filmlərlə
bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də
komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət
gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə, deməli, baxmağa dəyər.
Bu dəfəKənd Təsərrüfatı Nazirliyinin
tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzinin İctimaiyyətlə əlaqələr və beynəlxalq
əməkdaşlıq bölməsinin rəhbəri Hacıağa Əliyevin məsləhət gördüyü filmləri təqdim
edirik.
H.Əliyevin ilk seçimi "Uşaqlığın
son gecəsi” oldu: "Bu filmdə Muradın davranışları, qızın yanında pərt
olmamaq üçün saatını verməsi yeniyetməliyin ən həssas davranışlarından biridir.
O səhnə mənə həddindən artıq təsir edib. Çünki yeniyetmə vaxtı əks cinsin
yanında heç bir problem çıxmasın deyə, bəzən hər şeyə razı olursan. Ona görə,
bu film yaddaşıma həkk olunan ekran əsərlərindəndir”.
"Yol əhvalatı” filmi də onun bəyəndikləri sırasındadır: "Filmdəki
monoloq və dialoqları Mövlud müəllim çox peşəkar yazıb. Aktyorlar isə
ssenaristin əziyyətini yerə vurmayıb. Ona görə də, bu ölkədə nə vaxtsa bir
toplantı keçirilirsə, rəhbərlər zarafatla "Sizi bura yığmaqda məqsədim
odur ki,..." deyirlər”.
"Bəyin oğurlanması” onun 3-cü seçimi oldu. Deyir ki, bu cür filmlərimizin
sayı azdır: "Yaşar Nuri şedevridir. "Bir az diri oynayın da", "Sən
söhbətini elə", "Sənə əjdaha lazımdır?" kimi replikaları 30 ildən
çoxdur ki, istifadə edirik. Məncə, film tariximizdə belə filmlərin sayı çox
azdır. Həm də bu filmdə ölkənin adət-ənənələrinin tərənnümü ideal formada göstərilib”.
Axıra qədər
baxa bilmədiyi "Fəryad” da məsləhət
gördüyü filmlər sırasındadır: "Ceyhun Mirzəyevin bu filmi çox ağrılı yerimdir. Bu filmə heç vaxt axıra qədər baxa
bilmirəm. Ona görə, haqqında çox danışa bilmirəm”.
H.Əliyev
bildirdi ki, "Pərdə”, "İkinci Pərdə” və
"Sonuncu Pərdə” müasir filmlərini də bəyənir və izləməyənlər üçün məsləhət
görür: "Pərdə” trilogiyalarını unutmaq olmaz. Hər üç film müasir dövrümüzdə cərəyan
edən davranışları çılpaq şəkildə göz önünə sərib. Məncə, hər kəs bu üç filmi
izləməlidir. Fərqli ssenarilər kimi görülsə də, əslində, hər üç film bir-biri
ilə bağlıdır”.