AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu dəfə pomidor turşusu ana və 3 övladını zəhərlədi

Bu dəfə pomidor turşusu ana və 3 övladını zəhərlədi

Təfsilat
20 Dekabr 2012, 13:19 4624
Ağdam rayonunda qidadan daha bir kütləvi zəhərlənmə faktı baş verib.

Hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən fin evlərindən ibarət köçkün şəhərciyində qeydə alınıb. Orada məskunlaşan Kəmalə Quliyeva və onun 3 övladı pomidor turşusundan zəhərlənib.

K. Quliyeva Ağdam Mərkəzi Rayon Xəstəxanasına, övladları isə uşaq xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri orta-stabil qiymətləndirilir. APA