• cümə axşamı, 18 aprel, 06:29
  • Baku Bakı 12°C

Bu dəfə “Muğam dünyasına səyahət” Nardaranda olacaq

04.11.19 15:45 1938
Bu dəfə “Muğam dünyasına səyahət” Nardaranda olacaq
Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə həyata keçirdiyi "Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Nardaran qəsəbə Mədəniyyət Mərkəzində keçiriləcək.
Muğam MərkəzindənAZƏRTAC-a bildirilib ki, konsert proqramında Nardaran sakinləri ilə görüşə Muğam Televiziya Müsabiqəsinin laureatları gələcək. Gənc xanəndələr "Segah”, "Mahur”, "Şur” muğamları və təsniflər ifa edəcəklər.
Qeyd edək ki, bu ilin iyul ayından start götürən "Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək.
Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.
banner

Oxşar Xəbərlər