• cümə axşamı, 25 aprel, 04:36
  • Baku Bakı 19°C

BTQ ilə yola salınan ilk qatar Qarsa çatıb

03.11.17 11:20 970
BTQ ilə yola salınan ilk qatar Qarsa çatıb
Bakı-Tbilisi-Qarsdəmir yolu xətti ilə Qazaxıstandan yola salınan ilk qatar Qarsa çatıb.
"APA-Economics" xəbər verir ki, qatarın qarşılanması mərasimində "TCDD Taşımacılık AŞ"-nin baş direktoru Veysi Kurt iştirak edib.
Jurnalistlərə açıqlamasında V. Kurt bildirib ki, qatar 856 km uzunluğunda yolu 40 saata qət edib.
"Bir axsama olmazsa, Qarsdan Mərsinə qədər olan 258 km uzunluğunda məsafəni də 40 saata qət etməyi planlaşdırırıq", - deyə o vurğulayıb.
Baş direktorun sözlərinə görə, Qazaxıstandan yola düşən qatara 30 konteyner daxildir.
Bakı-Tbilisi-Qarsdəmir yolu xəttininrəsmi açılışıoktyabr ayının 30-da baş tutub.
banner

Oxşar Xəbərlər