• çərşənbə, 24 Aprel, 14:40
  • Baku Bakı 27°C

BTİ-nin iclasında 5G-nin genişləndirməsində tezliklərə olan tələbat müzakirə edilib

21.12.20 11:15 391
BTİ-nin iclasında 5G-nin genişləndirməsində tezliklərə olan tələbat müzakirə edilib
5G şəbəkələrinin genişləndirməsi üçün "aşağı", "orta" və "yüksək" zolaqlarda kifayət qədər tezlik spektrin təmin edilməsi tələb olunur.
"APA-Economics”ə Regional Rabitə Birliyindən verilən məlumata görə, qeyd olunan məsələyə dair müzakirələr MDB, Mərkəzi və Cənub-Şərqi Avropada ölkələrində tezlik spektrin idarəetməsinə dair keçirilən 4-cü illik konfransı çərçivəsində aparılıb.
Konfrans iştirakçıları tərəfindən qeyd olunub ki, yeni texnologiyalar tətbiq edilərkən mövcud sistemlərin qorunması nəzərə alınmalıdır.
Bildirilib ki, 5G və "Əşyaların interneti”nin (İoT) inkişafını təmin etmək üçün tənzimləyici mühitin spektrin uyğunlaşdırılması və transsərhəd koordinasiya ehtiyacları nəzərə alınaraq təkmilləşdirilməlidir.
Konfransda bir sıra digər məsələlərlə yanaşı, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) istifadəçilərə radio tezlik spektri və peyk orbitlərinə bərabər çıxışın təmin edilməsindəki rolu, eləcədə 5G şəbəkələrinin və peyk sistemlərinin ətraf mühitə təsiri müzakirə olunub.
banner

Oxşar Xəbərlər