• cümə, 29 Mart, 03:20
  • Baku Bakı 7°C

BŞTİ-də vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır

03.11.20 10:45 340
BŞTİ-də vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 1-dək fəaliyyətini dayandırıb.
BŞTİ-dənAPA-ya verilən xəbərə görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.
Vətəndaşlar həmçinin, idarənin rə[email protected],[email protected] poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.
Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
banner

Oxşar Xəbərlər