• cümə, 26 Aprel, 01:19
  • Baku Bakı 16°C

BŞBPİ Qiyas İbrahimovun intihara cəhd etməsi ilə bağlı məlumat yayıb

09.06.20 18:39 861
BŞBPİ Qiyas İbrahimovun intihara cəhd etməsi ilə bağlı məlumat yayıb
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Qiyas İbrahimovun intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb.
BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad HacıyevAPA-ya bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib.Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib: "Hazırda Qiyas İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək".
banner

Oxşar Xəbərlər