• cümə axşamı, 28 mart, 20:25
  • Baku Bakı 13°C

Brüsseldə azərbaycanlı köçkünlərə həsr olunmuş sərgi və müzakirələr keçirilib

22.06.17 16:35 1021
Brüsseldə azərbaycanlı köçkünlərə həsr olunmuş sərgi və müzakirələr keçirilib
Qaçqınların statusuna dair BMT-nin 1951-ci il Konvensiyasının qəbul edilməsinin 50-ci ildönümü münasibəti ilə təşkilat tərəfindən 2000-ci ildə Ümumdünya Qaçqınlar Günü elan edilən 20 iyun tarixində bütün dunyada münaqişə və müharibələr nəticəsində dogma ocağından didərgin düşən insanlar yad edilir. Hazırda dünya gündəmində Suriya və Ukraynadakı kimi münaqişələr nəticəsində yaranan qaçqınlar ordusu və Avropanı bürüyən migrasiya böhranı diqqət mərkəzindədir. Lakin məsələ ondadir ki, vacib xəbərlərin iyerarxiyası qurulduqda nəticədə uzunmüddətli münaqişələr diqqətsiz qalır. Xüsusilə onlar zamanında müvafiq şəkildə işıqlandırılmayıbsa.

Nümunə kimi 1988–94-cü illərdə baş vermiş Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin misal göstərmək olar. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu, əhalinin 10 faizinə bərabərdir və adambaşına düşən köçkün sayına görə dünyada ən yüksək göstricilərdən biridir.

Münaqişənin başlanğıcında həddindən artıq ağır bir şəraitdə yaşayan bu insanların həyati əhəmiyyət daşıyan əsas ehtiyaclarını ödəmək və onları yenidən məskunlaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti çox iş görmüşdür. Hazırda, təmiz su, keyfiyyətli səhiyyə, qida və təhsil almaq imkanları ilə təmin edilmiş və heç vaxt kiçik vətənini görməyən ikinci nəsil uşaqların hamısının böyük bir arzusu var – dogma yurdlarına geri qayıtmaq.

Bu humanitar böhran amerikalı fotojurnalist və rejissor Ed Kaşini öz obyektivini məcburi köçkün düşərgələrinə tərəf çevirməyə vadar etmişdir. Onun işləri "Newsweek”, "The New York Times Magazine”, "Time” və "National Geographic” kimi nəşrlər tərəfindən dərc edilib. Bu böhranın tam böyüklüyünü əhatə etməyin qeyri-mümkün olduğunu anlayaraq, o, Azərbaycanın qərbində yerləşən düşərgələrdə gündəlik həyatın sadəcə bir neçə epizoduna diqqət yetirməyi qərara almışdır. Burada İngiltərənin "Mançester Yunayted” kondasından pərəstiş etdikləri futbolçuların adlarını əks etdirən köynəklərdə futbol oynayan uşaqlar, qoşunların "təmas xətti”ndə erməni snayperinin gülləsi ilə öldürülmüş övladının şəklini tutan ana var. Bütün bu şəkillər bizim hamımızın mədəniyyət və ya dinimizdən asılı olmayaraq paylaşdığımız insanlığı əks etdirir.

"Gerçəkləşməyən xəyallar: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlanan bu fotosərgi diplomatik məhəllənin mərkəzində yerləşən "Brussels Europe” Mətbuat Klubunda avropalı jurnalist auditoriyası qarşısında keçirilib. Sərgi iyunun 20-də Brüsseldə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisi tərəfindən "VII Photo Agency” Agentliyinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə çıxış edən amerikalı fotoqraf Ed Kaşi bildirib: "Mənim ailəm 1940-cı illərdə İraqdan qaçqın düşmüşdür. Biz köçkünlük faciəsinin nə olduğunu yaxşı bilirik. Təəssüf ki, qaçqın və məcburi köçkün məsələsi saysız-hesabsız ölkələrə təsir göstərmişdir. Lakin bu məsələlərin əsil səbəbləri çox vaxt kifayət qədər işıqlandırılmır. Buna məruz qalmış əhalı çox vaxt özünü itkin və ümidsiz hiss edir. Onların hamısı evlərinə qayıtmaq istəyir.

Bu fotoşəkilləri çəkməkdə niyyətim auditoriyaya real vəziyyətə statistikadan kənar baxmağa və bu məsələnin həll edilməli olduğunu anlamağa yardım etməkdir.

Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin direktoru Mark Vervilghen: "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ən son statistikasına əsasən bütün dünyada qaçqın və məcburi köçkünlərin sayı ciddi şəkildə artmaqdadır və hazırda bu insanların sayı 66 milyon təşkil edir.

Bu gün TEAS-ın Benelüks ofisi bir milyona yaxın azərbaycanlının taleyini diqqətinizə çatdırır. Onlar Ermənistanın işğalçı siyasəti nəticəsində öz torpaqlarından qaçqın və köçkün düşmüşlər.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyasının qətnaməsi və Strazburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Ermənistanı qınayan qərarlar qəbul etməsinə baxmayaraq 20 ildən artıqdır ki, heç nə dəyişməyib.

Ermənistan Dağlıq Qarabağa qarşı etdiyi hərəkətlərə görə üzərinə məsuliyyət götürməkdən hələ də imtina edir. Sabiq ədliyyə naziri olaraq mən təsdiq edirəm ki, Azərbaycan beynəlxalq hüquq baxımından düzgün yoldadır. Azərbaycan Avropa İttifaqının birbaşa qonşusudur və bu məsələnin həll olunmasında öz rolunu oynamalıdır.”

Azərbaycanın Belçika və Lüksemburqda, həmçinin Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov: "Qaçqınlar bizim ətrafımızdadır, hətta Brüsselin küçələrində də. Və qaçqın məsələsi bizim hamımıza tanışdır. Bu müstəsna şəkillərdir və mən Ed Kaşinin düşərgələrdə çəkdiyi bu insanların bir çoxunu diplomatik xidmətə başlamazdan əvvəl şəxsən tanıyırdım. Yadda saxlamalıyıq ki, bu azərbaycanlı məcburi köçkünlər Avropa sivilizasiyasının nümayəndələridir və onları məcburi köçkünlərə çevirən münaqişə 25 il dən çoxdur ki davam edir. Onların əksəriyyəti çox gənc ikən məcburi köçkün olmuşdur. Lakin, onlar hələ də evlərinə qayıtmaq istəyirlər. Bir millət olaraq azərbaycanlılar öz dogma torpaqlarına çox bağlıdırlar.

Ümid edirəm ki, bu cür tədbirlər bu məsələlər barədə və bu münaqişənin və bu insanların acınacaqlı vəziyyətinin tez bir şəkildə həllinin tapılmalı olduğuna dair anlayışı artıracaqdır.”

Avropa Siyasət Mərkəzinin (ASM) baş siyasi analitiki Amanda Paul: "Bu çox kədərli və həssas mövzudur. Azərbaycan adambaşına düşən ən çox qaçqın və məcburi köçkün sayına görə dünyada ikinci yerdədir. Mənim Azərbaycandan olan ikinci ailəm əslən Kəlbəcərdəndir və onlar müharibə zamanı qaçmağa məcbur olub. Hər gün ailənin, ağbirçəyi də daxil olmaqla onların fikri Kəlbəcərdədir.

Qurbanlar sizin və mənim kimi adi insanlardır. Məcburi köçkünlük zəmanəmizın böyük problemidir. Mən sizə "Çıraqov və başqaları Ermənistana qarşı” işini xatırlatmaq istəyirəm. Burada Avropa İnsan Hüquqları üzrə Məhkəməsi Ermənistanı açıq şəkildə qınayır. Bundan əlavə, işğalçı ermənilər qəsdən evləri və infrastrukturu məhv ediblər.

Bizə sülh prosesi üçün yeni format lazımdır və buna doğru ciddi addımlar atmalıyıq. Və bu, işğal edilmiş ərazilərin bəzilərinin geri qaytarılması ilə başlamalıdır.”



banner

Oxşar Xəbərlər