• cümə axşamı, 18 aprel, 20:46
  • Baku Bakı 21°C

Brüsseldə Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək

21.09.17 14:10 1051
Brüsseldə Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək
Sentyabrın 27-də BrüsseldəAvropa İttifaqıilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
Nazir müavini deyib ki, həmin görüşdə investisiya və ticarətə dair məsələlər müzakirə ediləcək: "Oktyabrın ikinci yarısında təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitələrinin iclası keçiriləcək. Sonuncu enerji alt komitəsi ilə bağlı isə hələlik tarix yoxdur. Çünki Şərq Tərəfdaşlığı sammitinə hazırlıq getməlidir. Düşünmürəm ki, sammitdən əvvəl bu komitənin iclası olacaq. Hazırda alt komitələrə Brüssel ev sahibliyi edir. Ona görə də biz onların təkliflərinə baxıb fikir bildiririk".
banner

Oxşar Xəbərlər