Brüssel Avro-2020-ni qəbul edəcək şəhərlərin sırasından çıxarılır?
Brüssel 2020-ci ildə keçiriləcək Avropa çempionatını qəbul edəcək
şəhərlərin sırasından çıxarıla bilər.
Kaspi.az xəbər verir ki, buna səbəb çempionatın oyunlarını qəbul
edəcək stadionun tikintisi ilə bağlı yaranan problemdir. Stadionun tikintisi
üçün lazım olan sənədlər təqdim edilmədiyi üçün, işlər yubanır.
Belçika Kral Futbol Assosiasiyasının prezidenti Koen de Brabandera
problem yarandığını etiraf edib. O, məsələ ilə bağlı qərarı UEFA-nın verəcəyini
bildirib:
"Biz hələ də inanırıq ki, çempionatın oyunlarını qəbul edəcəyik.
Ancaq bununla yanaşı, realist olaraq qalırıq. Bu problemin həlli bizdən asılı
deyil. Qərarı UEFA verəcək”.