Britaniyanın Azərbaycandakı səfiri AİH-in yaradılmasını təqdirəlayiq adlandırıb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru ilə görüşüb.
APAxəbər verir ki, bu barədə səfirin özü "Twitter" səhifəsində bildirib.
"Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovla görüşdüm. AİH-in yaradılması təqdirəlayiqdir. Yeni quruma fəaliyyətində uğurlar arzu edirəm", - deyə səfirin paylaşımında qeyd olunub.