• çərşənbə axşamı, 16 aprel, 10:31
  • Baku Bakı 14°C

Britaniya Suriya əməliyyatlarında iştirak etməyəcək

30.08.13 07:52 1191
Britaniya Suriya əməliyyatlarında iştirak etməyəcək
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Filip Hammond ehtimal edib ki, Londonun hərbi əməliyyatda iştirakdan imtina etməsinə baxmayaraq, istənilən halda Suriya hakimiyyətinə qarşı hərbi müdaxilə baş tutacaq.
Qeyd edək ki, müdafiə naziri bu bəyanatı ölkə parlamentinin Suriya ilə bağlı səsverməsinin nəticələri məlum olandan sonra verib. Belə ki, Britaniya parlamenti avqustun 30-na keçən gecə baş nazir Devid Kemeronun Suriyaya hərbi müdaxilə barədə təklifini qəbul etməkdən vaz keçib.
Məlumata görə, 285 deputat hökumətin irəli sürdüyü təşəbbüsün əleyhinə səs verib, 272 deputat isə baş nazirin təklifini dəstəkləyib.
Baxmayaraq ki, səsvermə tövsiyə xarakteri daşıyıb, Devid Kemeron iclasdan sonra qeyd edib ki, parlamentin Suriyada hər-hansı hərbi əməliyyat keçirmək niyyətində olmadığı artıq tam aydınlaşıb: “Mən də artıq addımlarımı müvafiq şəkildə atacam”, deyə Kemeron əlavə edib.
banner

Oxşar Xəbərlər