• cümə, 29 Mart, 03:10
  • Baku Bakı 7°C

Britaniya səfiri: “Terrorizm heç vaxt qalib gələ bilməyəcək”

24.05.17 12:40 1039
Britaniya səfiri: “Terrorizm heç vaxt qalib gələ bilməyəcək”
"Terrorizm heç zaman qalib gəlməyəcək. Biz qalib gələcəyik”.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib. O bildirib ki, 2 gün əvvəl Mançesterdə terrorçu da daxil olmaqla, 22 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib: "Hadisə zamanı 59 nəfər xəsarət alıb və onların içərisində həyati təhlükəsi olanlar var. Azərbaycan prezidentiİlham Əliyevvə xarici naziriElmar MəmmədyarovBritaniya hökumətinə başsağlığı verən ilk liderlərdəndir. Biz bunu yüksək qiymətləndiririk. Bu dəhşətli hücuma baxmayaraq, biz başımızı uca tuturuq”.
banner

Oxşar Xəbərlər