AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Brent" neftinin qiyməti 48 dollardan aşağı düşüb

İqtisadiyyat
27 Noyabr 2016, 18:19 959
Dünya bazarlarında "Brent" markalı neftin yanvar fyuçersləri bir barelə görə 47,24 dollara düşüb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bazar günü 10:24-ə olan vəziyyətə görə, "Brent" neftinin fyuçerslərinin qiyməti 3,59% ucuzlaşıb.

Eyni zamanda, WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti 3,96% ucuzlaşaraq bir barel üçün 46,06 dollar təşkil edib.