• şənbə, 20 Aprel, 02:34
  • Baku Bakı 15°C

Braziliyanın məşhur qapıçısı öldü

24.07.17 11:53 1521
Braziliyanın məşhur qapıçısı öldü
Braziliya yığmasının və "San-Paulu”nun sabiq qapıçısı Valdir Peres ölüb.
Kaspi.az xəbər verir ki, Peres 66 yaşında dünyasını dəyişib. Onun ürəktutmasından vəfat etdiyi bildirilir. O, karyerasının əksər hissəsini "San-Paulu”da keçirib.
Valder 1973-84-cü illərdə bu klubun heyətində 600 oyuna çıxıb və 1977-ci ildə Braziliya çempionu olub. O, Braziliya yığmasının heyətində DÇ-1978-də iştirak edib və bürünc medal qazanıb.
Peres DÇ-1974 və DÇ-1982-də də yığmanın heyətində olub.
banner

Oxşar Xəbərlər