Braziliyada onun alternativi yoxdur
Braziliya yığmasının sabiq baş məşqçisi Luis Felipe Skolari Neymarla
bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Skolari Neymarın yoxluğunda yığmanın baş
məşqçisi Titenin durumunun çətin olacağını bildirib. O, bu futbolçunun
alternativinin olmadığını vurğulayıb. Skolari 2014-cü ildə də Neymarın
əvəzedilməz olduğunu deyib:
"Bəli, bu, 2014-cü ildə də belə idi. Nə vaxt Neymar yoxdur, onda
Braziliya futbolu böyük çətinliklə üzləşir. Onun kimi futbolçunun Braziliya
yığmasında alternativi yoxdu.
Bu da baş məşqçi üçün müəyyən çətinliklər yaradır. Neymar hansısa
səbəbdən olmayanda, onu əvəzləmək olduqca çətindir”.