• cümə, 29 Mart, 04:47
  • Baku Bakı 7°C

Brayza: “Müharibə nə Azərbaycanın, nə də Ermənistanın marağındadır”

16.06.17 14:15 816
Brayza: “Müharibə nə Azərbaycanın, nə də Ermənistanın marağındadır”
"Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin”.
APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri,ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib. O bildirib ki, belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır: "Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil”.
banner

Oxşar Xəbərlər