• çərşənbə axşamı, 19 mart, 10:39
  • Baku Bakı 8°C

BQXK Azərbaycan hərbçiləri tərəfindən tutulan erməni kəşfiyyatçı ilə bağlı tərəflərlə dialoqa başlayıb

22.06.17 12:15 742
BQXK Azərbaycan hərbçiləri tərəfindən tutulan erməni kəşfiyyatçı ilə bağlı tərəflərlə dialoqa başlayıb
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən gün Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni ilə bağlı tərəflərlə dialoqa başlayıb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə HüseynovaAPA-yabildirib ki,BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensialdialoq aparır: "Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır”.
Qeyd edək ki, İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.
Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.
banner

Oxşar Xəbərlər