AZE | RUS | ENG |


BP şirkətinin baş icraçı direktoru “Dostluq” ordeni ilə təltif olunub

BP şirkətinin baş icraçı direktoru “Dostluq” ordeni ilə təltif olunub
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
 
APA-nın xəbərinə görə, görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulanıb, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib. 
 
Qeyd olunub ki, Azərbaycanla BP şirkəti arasında uzun illərdir, davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.
 
Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb.
 
Prezident İlham Əliyev Azərbaycanla BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin Azərbaycanın "Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və ordeni ona təqdim edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002