• cümə, 29 Mart, 00:23
  • Baku Bakı 7°C

BP: "Şahdəniz-2" layihəsinin 89%-dən çoxu tamamlanıb

21.02.17 16:59 1128
BP: "Şahdəniz-2" layihəsinin 89%-dən çoxu tamamlanıb
2016-cı il ərzində "Şahdəniz-2" layihəsinin tikinti işləri uğurla davam edib. Layihənin operatoru "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 89%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA ("AMEK/Tekfen/Azfen”) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Sentyabr ayında layihə mühüm bir hadisəni qeyd edib - "Şahdəniz-2" üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salınıb. Dayaq blokunun rəsmi yola salma mərasimində Azərbaycan prezidentiİlham Əliyeviştirak edib. Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri təhlükəsiz şəkildə üçüncü rübün sonunadək, payaların üzərinə quraşdırılması işləri isə noyabr ayında başa çatdırılıb.

ATA tikinti-quraşdırma sahəsində "Şah Dəniz 2” platformasının hər iki üst modulunun tikintisi artıq, demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin ikinci və üçüncü rüblərinə planlaşdırılır.
2016-cı ildə işlərin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub.
banner

Oxşar Xəbərlər