AZE | RUS | ENG |


BP-nin regional prezidenti Azərbaycanı regional enerji mərkəzinə çevirəcək amilləri açıqlayıb

BP-nin regional prezidenti Azərbaycanı regional enerji mərkəzinə çevirəcək amilləri açıqlayıb
"Azərbaycan gələcəkdə regional enerji mərkəzi kimi inkişaf edərək böyümək potensialına malikdirmi? Cavab birmənalı olaraq "bəli"dir. Mən çox şadam ki, BP bu prosesdə böyük rol oynayır".

"APA-Economics" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.

"3 misal çəkmək istəyirəm. Birincisi, 2013-cü ilin dekabr ayında "Şahdəniz-2" layihəsi üçün BP-SOCAR-Şahdəniz konsorsiumundakı tərəfdaşlarımız tərəfindən verilən yekun investisiya qərarı Cənub Qaz Dəhlizinin inşası üçün yol açdı. Ümumi investisiya portfelinin dəyəri 40 mlrd. dollardır. Beynəlxalq miqyaslı layihə Xəzərdəki təbii qaz ehtiyatlarını Avropa bazarlarına çıxaracaq və ilk dəfə olaraq bu bazarlar arasında birbaşa əlaqə yaranacaq. İkincisi, BP və onun Azəri-Çıraq-Günəşli konsorsiumundakı tərəfdaşlarının bu yaxınlarda imzaladığı "Əsrin müqaviləsi" Azərbaycanın neft infrastrukturuna qoyulacaq böyük investisiyaların növbəti dalğasına rəvac verəcək. Üçüncüsü, SOCAR və BP arasında imzalanmış sazişlər çərçivəsində həyata keçirilən  Abşeron yarımadasının dayazsulu hissəsində layihələr aşkar edilmiş neft və qaz ehtiyatları yeni bir səhifə aça və nəhəng regional neft-qaz infrastrukturu üçün təchizat mənbəyi ola bilər. Qısası, Azərbaycanda bu potensial var", - deyə o vurğulayıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2777
TRY 1 Türk lirəsi 0.4436
KWD 1 Küveyt dinarı 5.6262
SEK 1 İsveç kronu 0.2012
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7136
USD 1 ABŞ dolları 1.7000