• cümə axşamı, 28 mart, 23:39
  • Baku Bakı 13°C

BP gələn il neftin qiymətində ciddi artım gözləmir

12.10.17 13:30 1316
BP gələn il neftin qiymətində ciddi artım gözləmir
Bu ilin oktyabrın 24-də BP-nin baş iqtisadçısının müavini Vladimir Drebentsov Azərbaycana səfərə edəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, V.Derbentsovun hökumət və KİV nümayəndələri ilə görüşü nəzərdə tutulub.
"İki ildən bir biz BP Qrupunun iqtisadçılarını Azərbaycana dəvət edirik. Səfərin məqsədi 2035-ci ilədək enerji bazarı haqqında düşüncələrin, tələb-təklif, qiymət məsələləri ilə bağlı məlumatların toplanmasıdır", - deyə B.Aslanbəyli vurğulayıb.
Vitse-prezident əlavə edib ki, BP-nin iqtisadçılar ofisi 2018-ci ildə neftin qiymətində ciddi artım gözləmir.
banner

Oxşar Xəbərlər