• çərşənbə axşamı, 23 aprel, 11:57
  • Baku Bakı 20°C

BP: Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti artırıla bilər

01.12.17 11:05 1719
BP: Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti artırıla bilər
"Cənub Qaz Dəhlizi Xəzər dənizindən hasil olunan təbii qazın Avropanın cənubuna çatdırılması üçün nəzərdə tutulub. Bunadək Xəzər dənizindən hasil olunan qaz Azərbaycandan Gürcüstana və Türkiyəyə nəql olunurdu. Qeyd etmək lazımdır ki, bunadək il ərzində mövcud infrastrukturla bu ölkələrə 10 mlrd. kubmetr qaz ixrac edilirdisə, Cənub Qaz Dəhlizi işə düşdükdən sonra layihənin ötürücülük qabiliyyəti 16 mlrd. kubmetr təşkil edəcək ki, bunun da 10 mlrd. kubmetri Cənubi Avropaya nəql olunacaq".
"APA-Economics" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz "Georgia Today" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, gələcəkdə Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti artırıla bilər: "Xəzər dənizində yeni yataqların kəşf olunması ilə biz layihənin ötürücülük qabiliyyətini artıra bilərik. Təbii ki, bunun üçün ötürücülük qabiliyyətinin artırılmasına zərurət yaranmalıdır. Bu zərurət yaranarsa, biz yeni kompressor stansiyalarının tikintisini də həyata keçirəcəyik".
"Avropalı istehlakçıların qazla təminatı baxımından Rusiya qazı ilə müqayisədə Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti nə qədərdir?" sualına regional prezident bu cür cavab verib: "Hər şey nisbidir. Cənub Qaz Dəhlizi layihəsi ilə 10 mlrd. kubmetr qazın nəql olunması nəzərdə tutulubsa, gələcəkdə bu göstərici 20 mlrd. kubmetrədək artırıla bilər. Düzdür, mövcud mənzərəyə nəzər salsaq, bu, kifayət qədər kiçik rəqəmdir".
banner

Oxşar Xəbərlər